Modern.az

Toydan qayıdanlar qəzaya düşüblər

Toydan qayıdanlar qəzaya düşüblər

Aktual

5 Sentyabr 2017, 09:18

Bakıdan toydan qayıdan Lerik sakinləri mikroavtobusla Masallıda qəzaya düşüblər.

 

Modern.az APA-ya istinaən xəbər verir ki, hadisə yeni salınan Ələt-Astara-İran yolunun Masallı rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

 

Qəza nəticəsində Lerik rayon Ambu kənd sakinləri, 1972-ci il təvəllüdlü Xumar Məhərrəmova, 1963-cü il təvəllüdlü Nazilə Hüseynova və 1965-ci il təvəllüdlü Zərifə Dövlətova. Onlar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

 

İlkin məlumata görə, “QAZel” markalı mikroavtobus yeni tikilən yolda maneəyə çırpılıb.

 

Hadisənin baş vermə səbəbləri araşdırılır.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı