Modern.az

Çexiyanın Karlova Universitetinin nümayəndə heyəti BDU-da

Çexiyanın Karlova Universitetinin nümayəndə heyəti BDU-da

Aktual

5 Sentyabr 2018, 16:00

Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov Çexiyanın Karlova Universitetinin Təbiət elmləri üzrə fakültəsinin dekanı, professor İrji Zimanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Modern.az xəbər verir ki, BDU ilə Karlova Universitetinin yarım əsrə yaxın  əlaqələrinin olduğunu deyən rektor Abel Məhərrəmov əməkdaşlığın günü-gündən genişləndiyini, ötən illər ərzində 500-dən çox professor-müəllim və tələbənin akademik  mübadilədə iştirak etdiyini diqqətə çatdırıb. Rektor, eyni zamanda, keçən il Karlova Universitetindən gəlmiş 10 nəfər müəllim və tələbənin ölkəmizin təbiətini, flora və faunasını öyrənmək üçün Gəncə, Qazax, Lənkəran və Naxçıvanda olduqlarını da xatırladıb.

Karlova Universitetinin Təbiət elmləri üzrə fakültəsinin dekanı, professor İrji Ziman rəhbərlik etdiyi fakültə haqqında danışıb. Məlum olub ki, 29 şöbəsi, 3 muzeyi və böyük botanika bağı olan Təbiət elmləri üzrə fakültə 1920-ci ildə yaranıb.  

Görüşdə həmçinin Bakı Dövlət Universitetinin Kimya və Biologiya fakültələri ilə Karlova Universitetin Təbiət elmləri fakültəsi arasında  imzalanmış əməkdaşlıq haqqında müqaviləyə əsasən görülən işlərdən də bəhs edilib.

Görüşdən sonra qonaqlar universitetin Nano araşdırmaları laboratoriyasında və Təkamül muzeyində olublar. 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı