Modern.az

Piyadanı vurub qaçan sürücü yaxalandı

Piyadanı vurub qaçan sürücü yaxalandı

Aktual

7 Fevral 2019, 09:57

Fevralın 6-da Gəncə şəhər sakini S. Atakişiyevanın xəsarətlə xəstəxanaya yerləşdirilməsi barədə Gəncə Şəhər Baş Polis İdarəsinin Nizami rayon Polis İdarəsinə məlumat daxil olub.

Bu haqda Modern.az-a DİN  mətbuat xidmətinin Gəncə regional qrupundan verilən məlumatda bildirilib.

Məlumatla əlaqədar dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb.

Araşdırmalarla onun şəhər ərazisində yolu keçərkən avtomobillə vurulması müəyyən edilib.

 

Gəncə şəhər BPİ-nin “Təhlükəsiz şəhər” xidmətinin və Nizami RPİ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “VAZ-2107” markalı avtomobillə törədilməsi müəyyən edilib.

 

Qəzanı törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən həmin nəqliyyat vasitəsini idarə edən Gəncə şəhər sakini Elmir Veridiyev polis əməkdaşları tərəfindən saxlanılıb. 

 

​Faktla bağlı araşdırma aparılır.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı