Modern.az

“Təbiət Mənim Evim” layihəsi...

“Təbiət Mənim Evim” layihəsi...

Güncel

22 Fevral 2019, 10:00

Gənclər Fondunun maliyyə dəstəyi və Gəncə Dövlət Universitetinin təşkilati dəstəyi ilə həyata keçirilən “Təbiət Mənim Evim” layihəsi baş tutub.

Layihənin əsas məqsədi  gənclərin ekoloji biliklərini və təşəbbüskarlıqlarını artırmaq həmçinin komanda kimi ekologiyaya faydalı olmağa çağırmaq idi.

Bakı Dövlət Universitetinin 4-cü kurs tələbəsi Orxan Salmanovun rəhbəri olduğu “Təbiət Mənim Evim” layihəsi 19-20 fevral tarixlərində olmaqla Gəncə Dövlət Universitetində baş tutub. İki gün davam edən layihədə  iştirakçılar ekoloji təşəbbüskarlıq və komanda quruculuğu təlimlərində iştirak ediblər.

Həmçinin layihədə əvvəlcədən hazırlanmış videoçarx  gənclərə nümayiş olunub. Layihə iştirakçıları sonda sertifikatla təltif ediliblər. İki gün ərzində layihədə 200 yaxın tələbə iştirak edib.

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı