Modern.az

Van Dayk Messidən çəkinmir

Van Dayk Messidən çəkinmir

Aktual

30 Aprel 2019, 11:40

“Çempionlar Liqası” yarımfinalında “Barselona” ilə qarşılaşacaq olan “Liverpul”un hollandiyalı müdafiəçisi Vörcil Van Dayk Messi haqqında danışıb.

Modern.az xəbər verir ki,Van Dayk İngiltərə mətbuatına belə danışıb: “Messinin dünyanın ən yaxşı oyunçusu olduğuğunu düşünürəm. “Barselona”ya qarşı yarımfinalda qarşılaşacağıq və ən yaxşı futbolçuya qarşı mübarizə aparacağıq, amma sadəcə o deyil, bütün komandada keyfiyyətli oyunçu çoxdur”.

Messini saxlaya biləcəklərini vurğulayan Van Dayk “Messi çox fərqli bir oyunçudur, amma bizimdə komanda şəklində necə oynadığımız və müdafiə olunduğumuzu bilirsiniz. Biz kompakt hücum edib, kompakt da müdafiə olunuruq. Messini mən dayandırmaq üçün tək olmayacam”.

Qeyd edək ki, Van Dayk 2018-19 mövsümündə İngiltərə də ilin oyunçusu seçilib.

Novruz NOVRUZLU

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı