Modern.az

Bakıda 15 yaşlı qız özünü dənizə atdı - İNTİHAR

Bakıda 15 yaşlı qız özünü dənizə atdı - İNTİHAR

Aktual

27 Noyabr 2019, 11:23

Noyabrın 26-da saat 11 radələrində Bakı şəhər sakini 2004-cü il təvəllüdlü Avcı İlahə Ramazan qızı intihar etmək məqsədilə «Bakı Ağ Şəhər Bulvarı» ərazisində özünü dənizə atıb.

 

Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən Modern.az-a verilən məlumatda bildirilib.

 

Qeyd edilib ki, həmin ərazidə xidmət aparan polis əməkdaşlarının çevikliyi sayəsində İlahə Avcı dənizdən çıxarılaraq dərhal tibbi yardım göstərilməsindən ötrü Səhiyyə Nazirliyinin Kliniki Tibbi Mərkəzinə aparılıb:

 

“Hazırda İlahə Avcının səhhəti normaldır.  Faktla əlaqədar Xətai rayon prokurorluğunda araşdırma aparılır.”

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı