Modern.az

Bir ailənin 3 üzvü yol qəzasında xəsarət aldı

Bir ailənin 3 üzvü yol qəzasında xəsarət aldı

Aktual

23 Dekabr 2019, 22:34

Zaqatalada bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Modern.az  "Report"a istinadən xəbər verir ki, hadisə axşam saatlarında, Zaqatala-Muğanlı avtomobil yolunda, Üçüncü Tala kəndi ərazisində qeydə alınıb.

İlkin məlumata görə, qəza zamanı Üçüncü Tala kənd sakinləri - 1954-cü il təvəllüdlü Abdullayeva Sevil Rəsul qızı, onun oğlu, 1978-ci il təvəllüdlü Abdullayev Vüsal Ziyad oğlu və nəvəsi 2011-ci il təvəllüdlü Abdullayev Ziyad Vüsal oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Qeyd edək ki, xəsarət alanlar bir ailənin üzvləridir.

Faktla baglı araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı