Modern.az

Azərbaycan gəncləri: dünəni, bu günü, sabahı - FOTO - VİDEO

Azərbaycan gəncləri: dünəni, bu günü, sabahı - FOTO - VİDEO

Aktual

1 Fevral 2020, 16:32

Bu hadisə 24 il öncə baş vermişdir. 1996-cı ilin fevral ayının 2-də birinci Gənclər Forumu keçirilmişdir. Bu forumun fəaliyyətində iki mindən yuxarı insan iştirak etmişdir. Müharibəyə məruz qalmış və yenicə özünə gələn ölkəmizin həyatında bu mühüm hadisənin nə olduğunu çox gözəl xatırlayıram. Bir çox gənclərimiz əllərində silahla düşmənə qarşı çıxarkən bu müharibənin bütün dəhşətlərini yaşamışdır. Onların ən böyük arzusu Azərbaycanımızı güclü, iqtisadi cəhətdən möhkəm, siyasi cəhətdən müstəqil və regionda güclü orduya sahib olan bir ölkə kimi görmək idi.

 

Bu arzu yerinə yetdi. Azərbaycan bu gün məhz belə bir ölkədir – döyüşə hazır və qarşısına qoyulmuş bütün məqsədlərə çatan orduya malik olan, Cənubi Qafqazda siyasi və iqtisadi liderdir. Lakin, məcazi mənada desək, biz daha zirvəyə qalxan yolun ilk addımlarındayıq. Bu yolu ancaq gedən, özünə və Vətəninə inanan fəth edə biləcəkdir. Əminəm ki, qarşıdan gələn bu 24 il ərzində Azərbaycan artıq bugünkü gənclərimizin xəyal etdiyi ölkəyə yenə də çevriləcəkdir.

 

 

Gənclərimizlə ünsiyyətdəyəm, onların problemlərini eşidirəm. Lakin Azərbaycanımızın həyatında böyük və müsbət dəyişikliklərin qaçılmaz olduğunu əminliklə vurğulayan sözləri də eşidirəm. Hamımız üçün müqəddəs olan müharibədə, ermənilər tərəfindən zəbt olunmuş dədə-baba torpaqlarımızı azad etmək üçün müharibədə, gənclərimizin hər zaman ilk çağırışdan iştirak etməyə hazır olduqlarını görürəm. Həm də onların hər birinin bütlərinin olduğunun şahidiyəm. Bu bütlərdən biri qəhrəmanlığı yeni nəsil nümayəndələrinin yetişdirilməsində nümünə kimi zəruri olan Mübariz İbrahimovdur.

 

Sevindirici hallardan biri də odur ki, bu günümüzün qəhrəmanlarının arasında dünya şöhrətli , əfsanəvi Azərbaycan idmançıları da var. Onlardan biri beşqat dünya çempionu, on birqat Avropa çempionu, bu idman növündə ən titullu karateçi olan Rafael Ağayevdir. O, artıq öz şöhrət zirvəsini fəth etmiş biridir. Və onun nailiyyəti idmanın bir növ sosial lift olduğunun gözəl bir nümunəsidir.

 

 

Məhz Milli Məclisin deputatlarına çox böyük bir məsuliyyət düşür. Biz elə qanunlar qəbul etməliyik ki, gənclərimizə elm, mədəniyyət, iqtisadiyyat, kənd təsərrüfatı kimi sahələrdə açılışlar etməkləri üçün yollar yaradılsın. Bizim borcumuz bu sosial liftin Azərbaycanda işini stimullaşdırmaqdır. Biz hər bir Azərbaycan vətəndaşına şöhrət zirvəsini fəth etməsində köməklik etməliyik.

 

Uğurlu insanların, yüksək səviyyəli professionalların sayını artırmaqla ölkəmiz daha da inkişaf etmiş və zəngin olacaqdır. Bununla əlaqədar olaraq Azərbaycan gəncləri günü yekunlaşmış Yüksəliş müsabiqəsini xüsusi qeyd etmək istəyirəm. Lakin bu müsabiqədə ancaq gənclər deyil, 21- 51 arası yaşlarda, ali təhsilli və idarəetmə vəzifəsində ən azı iki il təcrübəsi olan Azərbaycan vətəndaşları da iştirak etdilər.

 

 

Bu layihənin mühümlüyünü qiymətləndirmək çətindir. Məhz bu gün Azərbaycan yeni islahatlar dövrünü yaşayır. Onları həyata keçirmək üçün, geniş miqyaslı milli və regional layihələri həyata keçirmək üçün yüksək səviyyəli professionallara ehtiyac vardır. Bu – kadrlar bankı yaratmaqdır. Həm də bu – bir çox öz gücünə inanan həmyerlilərimizin yeni zirvələrə nail olmalarına gözəl bir fürsətdir. Cəmi 24 il bundan öncə bu gün bayramlarını qeyd edən Azərbaycan gənclərinin bugünkü imkanları, perspektivləri yox idi. Daha 1996-cı ildə xəyal etdiyimiz imkanlara bu gün artıq sahibik. Bu o deməkdir ki, ölkəmiz bütöv olaraq hər bir oğul və qızlarımızın uğurlarına sevinərək zirvəyə doğru düzgün istiqamətdədir.Əziz gənclər bayramınız mübarək!

 

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı