Modern.az

“Azərsu” yeni pilot layihənin icrasına başlayıb

 “Azərsu” yeni pilot layihənin icrasına başlayıb

Current

10 Avqust 2012, 16:18

 “Azərsu” Açıq Səhmdar Cəmiyyəti istehlakçıların içməli su təchizatının yaxşılaşdırılması məqsədi ilə Bakı şəhəri Suraxanı rayonu Yeni Günəşli yaşayış massivində yeni pilot layihənin   icrasına başlayıb. Qurumun mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, pilot layihə çoxmərtəbəli yaşayış binalarının fasiləsiz rejimdə içməli su ilə təchiz edilməsini nəzərdə tutur.  Layihəyə əsasən Yeni Günəşlinin “Q” yaşayış massivində 27 ədəd doqquzmərtəbəli binanın su təchizatı sistemi yenidən qurulacaq.

Bu məqsədlə müxtəlif diametrli borularla 1280 metr uzunluğunda paylayıcı su xətləri çəkiləcək. Binadaxili su xətləri polietilen borularla yenilənərək su sayğacları ilə birgə pilləkən qəfəslərinə çıxarılacaq.

Pilot  layihə üzrə tikinti-quraşdırma işləri tam başa çatdıqdan sonra 4200-dək sakinin su təchizatı əhəmiyyətli dərəcədə yaxşılaşacaq. Uzun illər içməli suyu fasiləli rejimdə su alan sakinlər  dayanıqlı su ilə təmin olunacaq. Yeni layihə çərçivəsində magistral və binadaxili su xətlərinin yenilənməsi qəza hallarının və  su itkilərinin qarşısı almaqla içməli suya qənaət etməyə  imkan verəcək. Sayğacların pilləkən qəfəslərinə çıxarılması isə onların oxunmasını asanlaşdıracaq.

 Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı