Türkiyənin Antalya şəhərində Avropanın ən lüks otelini açan “AST Telman” ləqəbli azərbaycanlı iş adamı Telman İsmayılov problemlə üzləşib. Modern.az-ın türk mətbuatına istinadən verdiyi xəbərə görə, sahibi olduğu “Mardan Palace”-da yeyib-içən iş adamı onlara xidmət edən ofisianta 10 min dollar ənam verib. Bundan xəbər tutan digər ofisiantlar arasında pul üstündə kütləvi dava düşüb. Restoranda böyük qalmaqal yaranıb. Daha sonra hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə gələrək davanı sakitləşdirə biliblər. Lakin məlum hadisə ilə bağlı Telman İsmayılov ifadə verməsi üçün polis bölməsinə dəvət olunub.
Qeyd edək ki, azərbaycanlı iş adamı Telman İsmayılovun sahibi olduğu Avropanın ən lüks 7 ulduzlu oteli "Mardan Palace 2009-cu ildə istifadəyə verilib.
Modern.az