Modern.az

Deputat: “Ramil Səfərov məsələsində qanunun aliliyi pozulmayıb”

Deputat: “Ramil Səfərov məsələsində qanunun aliliyi pozulmayıb”

Aktual

27 Sentyabr 2012, 11:42
"Ramil Səfərov məsələsində qanunun aliliyi pozulmayıb, Konvensiyaya uyğun hərəkət edilib. Prezident də Avropa Konvensiyasına uyğun olaraq bu addımı atıb”.

Modern.az xəbər verir ki, bu sözləri AVCİYA-nın prezidenti, millət vəkili Elxan Süleymanov deyib. O bildirib ki, Ramil 8 il 6 ay həbsdə yatıb, amma Azərbaycanla Ermənistan arasında atəşkəs imzalanandan bəri minlərlə insan öldürülüb.

  “Həmçinin sonuncu il ərzində 1250 nəfər vətəndaş öldürülüb. Bunlar da nə zabit, nə əsgərdir, adi vətəndaşlardır. Bu məsələləri beynəlxalq təşkilatlarda qaldırmağımıza baxmayaraq, reaksiya verilmir. Nəinki reaksiya, heç məhəl də qoyulmur. Bu üçlü standart Azərbaycan cəmiyyətində başa düşülmür”. 

Anar KƏLBİYEV

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı