Modern.az

“İnsanın vətənpərvərliyini bilmək üçün şərait lazımdır” - MÜSAHİBƏ

“İnsanın vətənpərvərliyini bilmək üçün şərait lazımdır” - MÜSAHİBƏ

Aktual

30 Dekabr 2012, 17:19

Milli Məclisin deputatı Məlahət İbrahimqızı Modern.az saytına müsahibə verib.

- Məlahət xanım, başa vurduğumuz 2012-ci il Qarabağla bağlı hansı məsələlərlə yadda qaldı?

- Qarabağ probleminin danışıqlar yolu ilə tənzimlənməsində ATƏT-in Minsk Qrupunun həmsədrləri məşğul oldular. Bu bir il ərzində irəli getmək mümkün olmadı. Bu da Minsk qrupuna qarşı böyük bir ümidsizlik yaratdı. Bu gün Azərbaycanda hətta siyasətçi, ictimaiyyətçi bir insanda ATƏT-in Minsk Qrupu Dağlıq Qarabağ probleminin danışıqlar yolu ilə tənzimlənməsində heç bir nailiyyət əldə etmədiyinə görə bu qurum un ləğv olunmasının zəruriliyi ortaya çıxdı. Ümumiyyətlə problemin həll olunmasına cavabdeh olan beynəlxalq təşkilatlar ikili standartlarla işləyirlər. Çox təssüf ki, bu bir il müddətində, yəni 2012 ci ildə bu təşkilatlar nəninki problemin həllinə cəhd göstərdi, sanki Ermənistanı dəstəklədilər, əzizlədilər. Onsuz da əvvəldən danışıqlar prosesində Ermənistan Azərbaycana eyni mövqedən baxırdı. Danışıqlar porsesində ermənilərə işğalçı kimi baxılmaması, azərbaycanlılara qarşı zorakılıq tətbiq etmələri bu problemin həllini gecikdirir. Sadəcə getdikcə beynəlxalq təşkilatlar Qarabağ problemini özləri bilərəkdən tam unutdurmağa çalışırlar. Xocalıda əli uşaq qanına bulaşmış Serj Sərkisyanın başını tumarlamağa başlayıblar. Azərbaycan həm öz ordusunun gücünə, həm iqtisadi gücünə görə Qarabağ probleminin həll olunmasına tam hazırdır. Bizdə büdcədən orduya ayrılan vəsait Ermənistanın ümumi büdcəsindən çoxdur. Azərbaycanın Emənistandan dəfələrlə güclü olması göz qabağındadır. Bunu bu yaxınlarda Ermənistanın prezidenti mətbuata açıqlamasında etiraf etdi. Biz torpaqlarımızı işğaldan azad edə bilərik. Sadəcə olaraq, dövlətimizin başçısı sülh yolunu daha üstün tutaraq, danışıqlar prosesinin üstünlük verir. Biz tam konstuktiv mövqe göstərərək münaqişənin danışıqlar yolu ilə həll olunmasının tərəfdarıyıq. Amma təbii ki bu mövqe də uzun müddət davam edə bilməz. İnşallah, Ali Baş Komandanın səyi nəticəsində Azərbaycanın bir qarış torpağı da işğalda qalmayacaq. Çünki bizim buna qüdrətimiz çatır.

- Siz bu məsələdə xarici faktordan danışdınız. Bəs insanların istəyi, gəncliyin məsələyə münasibəti necə, sizi qane edirmi?

- Mən hesab edirəm ki, insanın vətənpərvərliyini bilmək üçün şərait lazımdır. Bir tələbənin vətənpərvər olduğunu onun oxumağı və vətəndaş mövqeyi göstərməsi ilə bilmək olar. Bu günki gənclərdə vətənpərvərlik hissləri var, ya yox. Biz Mübariz İbrahimovun timsalında Azərbaycan gəncliyinin vətənpərliyini gördük. Hansı mövqedə, hansı vəzifədə olursa olsun Vətəninə, dövlətinə sədaqətlə xidmət etməyi bacaran insanı biz vətənpər adlandıra bilərik. Vətənpərlik sözü böyük məfhumdur. Onun içərisində çox şeylər var. Torpaqlartımızın işğaldan azad olunması ilə bağlı Ali Baş Komandan hərbi səfərbərlik elan edərsə əminəm ki, hər bir Azərbaycan gənci canından, qanında keçərək torpaqlarımızı işğaldan azad edər. Biz Mübariz İbrahimovun nümunəsində yüzlərlə, minlərlə gəncin simasında bunu gördük. Əminik ki, zaman gələndə vətənpərliyin canlı şahidi olacağıq.

- Qarabağ problemi artıq Ermənistan-Azərbaycan məsələsi deyil. Bu, ümumən dünya probleminə çevrilib. Bu mənada daxili faktorun buna gücü çatacaqmı?

- Bu gün beynəlxalq təşkilatlar da problemə Ermənistan-Azərbaycan məsələsi kimi deyil, ikili prizmadan baxılır. Danışıqlarda Azərbaycan Prezidenti çox sərt mövqe göstərərək Azərbaycan xalqının iradəsinin və səbrinin artıq tükəndiyini, Ermənistanın işğalçı mövqeyinə uzun zaman dözə bilməyəcəyimizi bildirib. Bu fikirlər səsləndirilən andan beynəlxalq təşkilatlar əl-ayağa düşüb, sanki bir canlanma əmələ gəlib onların fəaliyyətində. Səyləri artırırlar. Amma nə zaman ki danışıqlar prosesi gündəmə gəlir, onda deyirlər ki, özünüz öz probleminiz həll edin, özünüz dil tapın, müharibə etmədən bu problemi həll olunsun. Onlar bir tərəfdən bu məsələdə özlərinin məsuliyyətini hiss edirlər, digər tərəfdən Ermənistanın təcavüzkar və işğalçı rəhbərliyini müdafiə edirlər. Bu gün ATƏT- in Minsk Qrupunun mövqeyi bir növ Serj Sərkisyan iqtidarının açıq müdafiəsi kimi görünür. Onlar bu prosesin həllini uzatmağa çalışırlar. İnsan elə bir məxluqdur ki, illər ötdükcə insanlar arasında unutqanlıq yaranır. Bu tək Azərbaycanda deyil, başqa ölkələrdə də olsa belə olacaqdı. O nöqteyi nəzərdən bu problem nə qədər uzadıla bilər, Bu danışıqların uzadılması Azərbaycana nə qədər təsir edirsə, Ermənistana ondan da artıq öz təsirini göstərir. Ermənistanda artıq əhali qalmayıb onlar xarici ölkələrə üz tuturlar. Orta və yaşlı nəsil, bir də Sərkisyanın Qarabağda olan təcavüzkar komandası qalıb. Ermənistanda inkişaf yoxdur, iqtisadiyyatı tənəzzülə uğramış vəziyyətdədir. Gündən-günə geriyə gedir, onsuz da sürətli miqrasiyaya məruz qalmış Ermənistanda doğumun səviyyəsi də ölümdən çox aşağıdır. Burada demoqrafik böhran hökm sürür. BMT 2030-cu illə bağlı dünya əhalisinin statistikasına dair açıqlamasında Ermənistanda bu göstəricinin çox aşağı səviyyədə olduğunu göstərmişdi. Bu statiskada da Ermənistanın vəziyyətinin çox pis olduğu göstərilir. Onlardan fərqli olaraq Azərbaycanın əhalisi ildən-ilə artır. Prezidentimizin diqqəti və qayğısı ilə məcburi köçkünlər üçün şəhərciklər salınır. Baxmayaraq ki, qaçqınlarımızn sosial problemləri ilə bağlı dövlətimiz xüsusi proqramları həyata keçirilir, amma yenə də Prezidentimizin işğalda olan torpaqlarımızın azad olunması və orada həm azərbaycanlı əhalisi üçün, həmdə Dağlıq Qarabağdan yaşayan qeyri-azərbaycanlılar üçün şərait yaradılması üçün də böyük planları var. Bizim əsas prioritetimiz ərazi bütövlüyümüzü bərpa etmək, qaçqın və məcburi köçkünləri öz yurd-yuvalarına qaytarmaq, eyni zamanda Dağlıq Qarabağ bölgəsini inkişaf etdirməkdən ibarətdir. Azərbaycanın ildən-ilə artan büdcəsi, təbii resursları, nefti dövlətimizi dünya üçün nüfuzlu bir ölkəyə çevirib. Azərbaycan Gürcüstan və Ermənistan kimi sıradan bir dövlət deyil. Bu gün Azərbaycan öz neft və qazını Avropa ölkələrinə ixrac edir. Bir neçə il bundan öncə Rusiya öz qazını Avropaya vermədi və sanki Avropa “dondu”. Biz bu gün öz zənginliyimizdən siyasi məqsədlər üçün istifadə etmirik, biz bütün bu məsələrdə humanizmlik göstəririk. Bütün sərvətlərimizi digər ölkələrlə paylaşaraq öz dövlətimizi irəliyə doğru aparırıq. Azərbaycanın bu günkü gəlirlərini hətta tərəziyə qoysaq belə, Gürcüstan və Ermənistan ilə müqayisə oluna bilməz. Amma çox təssüfki, Avropadan da Azərbaycana ikili standartlarla baxırlar. Azərbaycanın önəmli bir ölkə olduğunu bilə-bilə Ermənistanın başı “sığallanır” , işğalçı qorunur və onlara daha çox hüquq verirlər. Çünki Azərbaycan müstəqil siyasət yeridən bir dövlətdir. Bu isə hegemon qüvvələrin xoşuna gəlmir. Baxın, bu il AzərbaycanlaTürkiyə arasında böyük bir layihə imzalandı. TANAP layihəsi təkcə bu iki dövlət üçün əhəmiyyətli bir layihə deyil, eyni zamanda Avropa ölkələri üçün böyük şərait yaratdı. Bu Avropa üçün çox böyük bir töhfədir. Bu layihənin Avropa məkanı üçün həm siyasi, həm geosiyasi baxımdan çox böyük əhəmiyyəti var. Azərbaycan həm şimaldan, həm də cənubdan təziqlərə məruz qalır. Ona görə TANAP layihəsinin imzalanması o qədərdə asan başa gəlmədi. NABUCCO lahiyəsi ilə bağlı nə qədər narazılıqların yaşandığını müşahidə etdik. Bu layihədə dövlətimiz nə qədər təziqlərə məruz qaldı.Rusiya Azərbaycan qazını ən baha qiymətə almağa razıdır, təki Avropaya getməsin. Əlbəttə ki, Rusiya bunu siyasi məqsədlər üçün istifadə edəcək. Biz başqa maraqlar naminə siyasət yürütmürük, amma bütün bunlara baxmayaraq Prezidentimiz bu layihəni imzaladı. Qəbələdəki RLS-in ləğv olunması ilə bağlı məsələ, çox təssüf ki, bəzi müxalifət nümayəndələri TANAP və Qəbələ RLS ilə bağlı layihələrdə də laqeydlik göstərdilər. Halbuki bu kimi məsələlər bütün parametrləri ilə milli məsələlərdir.Əminəm ki, Qəbələ RLS-nin ləğvinin nə qədər əhəmiyyətli olduğunu gələcəkdə daha yaxşı başa düşəcəyik. Bu həm siyasi, geosiyasi, ekologiyanın qorunması nöqteyi nəzərindən, həm də sülhün qorunması baxımından pPrezidentimizin atddığı müdrik bir addim oldu. Ona görə də bəzi beynəlxalq təşkilatların, Avropa ölkələrinin Azərbaycana qarşı belə qərəzli mövqeyi təbii ki, Azərbaycan xalqı tərəfindən çox pis qarşılandı .Biz bu qərəzli mövqeyi çox gözəl başa düşürük. Bütün bunlara baxmayaraq, dövlətimizin öz yolu var, Prezidentimizin öz siyasəti var. Xalqımızın milli maraqlarının qorunması və dünya ölkələri ilə əməkdaşlıq, qərəzsiz siyasət yürütmək...

- 2011 və 2012-ci illər dünyada dəyişiklikərlə yadda qaldı və Azərbaycanında yerləşdiyi regiona yönəlik siyasətdə bir az dəyişiklik hiss olunur, Gürcüstanda rusiyapərəst qüvvələr hakimiyyətə gəlib. Ermənistanda eyni hal gözlənilir. Bütün bunlar Azərbaycanüçün nə vəd edir?

- İstər indi, Prezidentimizin rəhbərliyi dövründə, istərsə də ulu öndərin vaxtında bir şeyin şahidi olduq. Cənubi Qafqazda Azərbaycan dövləti liderdir və bu status qorunur. Mən bu fikirləri bütün aspektlərdən baxaraq deyirəm. Gürcüstanda Şevardnadzenin vaxtında ulu öndərin kiçik bir mesajı onlara dərs olub. 1999-cu ildə Bakı-Tbilisi-Ceyhan boru kəməri çəkildi. Amma bu layihəyə qarşı çox ciddi maneələr var idi. O zaman Gürcürstanda böyük bir kampaniya başladı ki, guya Bakı-Tbilis- Ceyhan Gürcüstanın ekologiyasını pozur, amma bu, əslində ekologiyaya heç bir ziyanı olmayan layihə idi. Bunu hətta Gürcüstanda Borjomi suyuna təsirin olacağı ilə bağladılar və bildirdilər ki, bu suyun çıxdığı yerlərə pis təsir göstərə bilər. Bu heçdə əsası olmayan bir kampaniya idi. Bu kampaniyanı ermənipərəst və Gürcüstanda yaşayan ermənilər dəstəkləyirdilər. Bu zaman ulu öndər Amerikada idi və onun bir addımı ilə bizə qarşı yönələn bu siyasət darmadağın oldu.

- 2013-cü il həm də prezident seçkiləri ilidir. Partiyanızın gələn il üçün xüsusi bir srtategiyası varmı?

- Bilrisiniz, ən yaxşı strategiya xalqla bir yerdə olmaq, onun problemlərini həll etməkdir. Cənab Prezident hər gün Azərbaycan vətəndaşlarının içindədir. Elə gün olmur ki, hansısa bir müəssisənin açılışı olmasın. Bu fakt Azərbaycanın inkişaf göstəricidir. Əminəm ki, 2013-cü ildə həmişə olduğu kimi demokratik, şəffaf seçkilər keçirəcəyik. Partiyamızın yeganə namizədi Prezidentimiz cənab İlham Əliyevdir. Partiyamızın sədri 2013-cü ildə bir daha prezident seçiləcək. Bunu xalqımızın ona olan sevgisi, onu daim lider görmək istəməsi sübut edir. Prezidentimizin isə hər bir fərdin probleminə şəxsi qayğısı bu sevgiyə adekvatdır. Ona görə də 2013-cü ildə İlhan Əliyev yenidən prezident seçiləcək. Bunun alternativi yoxdur.

Pərvin ARZUQIZI

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı