Modern.az

Daha 5 cüdoçumuz mübarizəyə başlayacaq

Daha 5 cüdoçumuz mübarizəyə başlayacaq

Актуально

19 Fevral 2022, 09:32

Bu gün Azərbaycanın daha 5 cüdoçusu Fransanın paytaxtı Parisdə keçirilən Böyük Dəbilqədə mübarizəyə başlayacaq.

 

Modern.az-ın məlumatına görə, 90 kq çəki dərəcəsində çıxış edən Məmmədli Mehdiyev 1/8 final mərhələsində Nadav Zuratla (İsrail) üz-üzə gələcək.

 

Eyni çəkidəki Rüfət İsmayılov 1/16 finalda Uşangi Margiani (Gürcüstan) ilə görüşəcək.

 

100 kq-da yarışan Zelim Kotsoyev 1/8 finalda Xanqal Adbatarla (Monqolustan), eyni çəkidəki Elmar Qasımov Robert Florentino (Dominikan Respublikası) ilə qarşılaşacaq.

 

100 kq-dan yuxarı çəkidəki Uşangi Kokauri 1/8 finalda Onise Buqadzenin (Gürcüstan) müqavimətini qırmağa çalışacaq.

 

Qeyd edək ki, Böyük Dəbilqənin ilk iki günündə Azərbaycan təmsilçilərindən 73 kq-da Hidayət Heydərov qızıl, 66 kq-da Yaşar Nəcəfov gümüş medala sahib çıxıb. 60 kq-da Kəramət Hüseynov 5-ci, Balabəy Ağayev 7-ci yeri tutub. Yarışda Azərbaycanı ümumilikdə 9 cüdoçu təmsil edir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı