Modern.az

Şiddətli döyüşlər gedir: Rusiya tankları yanır

Şiddətli döyüşlər gedir: Rusiya tankları yanır

Aktual

24 Fevral 2022, 14:28

Ukraynanın Xarkov şəhəri ətrafında Rusiya qoşunları ilə Ukrayna hərbçiləri arasında şiddətli döyüşlər gedir.

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş qərargahı məlumat yayıb.

 

Bildirilib ki, Xarkovun ətrafından keçən yolda Rusiya ordusunun 4 tankı yandırılıb.

 

Məlumata görə, Donetskin Kramatorsk rayonunda Rusiyanın daha bir döyüş təyyarəsi vurulub. Bununla da məhv edilən təyyarələrin sayı 6-ya çatıb.

 

“Birləşmiş qüvvələr düşmənə layiqli müqavimət göstərir, bütün bölmələrimiz öz mövqelərindədir”, - məlumatda qeyd olunub.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı