Modern.az

Çavuşoğludan Ukraynanın boğazların bağlanması tələbinə CAVAB

Çavuşoğludan Ukraynanın boğazların bağlanması tələbinə CAVAB

Актуально

25 Fevral 2022, 10:12

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ukraynanın Dardanel və Bosfor boğazlarının bağlanması ilə bağlı tələbinə münasibət bildirib.

 

Modern.az xəbər verir ki, XİN başçısının sözlərinə görə, Türkiyə boğazlardan müharibə gəmilərinin keçidini dayandıra bilər, lakin bununla bağlı müəyyən şərtlər mövcuddur.

 

“Ukrayna bizə rəsmi tələb ünvanlayıb. Montrö razılaşmasının maddələri kifayət qədər açıqdır. Türkiyə indiyədək bu razılaşmanı tərəddüdsüz həyata keçirib. Türkiyənin tərəf olmadığı bir müharibədə tərəf olan ölkələrlə bağlı görülə biləcək tədbirlər var.

 

Türkiyə boğazlardan müharibə gəmilərinin keçidini dayandıra bilər. Lakin Montrö razılaşmasında ayrıca bir məqam var. Əgər müharibə tərəfi olan ölkələrin gəmilərinin öz bazalarına geri qayıtması tələbi olarsa, bu zaman gəmilərin keçidinə icazə verilməlidir. Hazırda mütəxəssislərimiz müharibə halının olub-olmamasını aydınlaşdırır", - deyə Çavuşoğlu qeyd edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı