Modern.az

Çavuşoğlu həmkarları ilə Rusiya-Ukrayna gərginliyindən DANIŞDI

Çavuşoğlu həmkarları ilə Rusiya-Ukrayna gərginliyindən DANIŞDI

Aktual

6 Mart 2022, 20:30

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə rusiyalı və ukraynalı həmkarları - Sergey Lavrov və Dmitro Kuleba arasında telefon danışığı olub.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

 

Bildirilib ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrovla telefon danışığı zamanı Ukrayna ilə siyasi və hərbi böhranın sona çatdırılması barədə müzakirələr aparılıb.

 

Həmçinin, Türkiyə və Rusiya prezidentlərinin qeyd etdikləri ortaq məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

 

Mövlud Çavuşoğlunun Dmitro Kuleba ilə telefon danışığında əsas müzakirə predmeti isə Ukraynadaki son yeniliklər və humanitar vəziyyət olub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı