Modern.az

Hesablama Palatası Lənkəran İcra Hakimiyyətini yoxlayıb

Hesablama Palatası Lənkəran İcra Hakimiyyətini yoxlayıb

Aktual

23 Yanvar 2013, 16:32

Hesablama Palatasında növbəti kollegiya iclası keçirilib. Palatanın mətbuat xidmətinin məlumatına görə, kollegiya iclasında dövlət büdcəsinin yerli xərclərindən Lənkəran Mərkəzi şəhər Xəstəxanasına, Lənkəran şəhər İcra Hakimiyyəti aparatına, şəhər Təhsil, Mədəniyyət və Turizm şöbələrinə, Lənkəran şəhəri Maliyyə İdarəsinə və dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən Təhsil Nazirliyinin Humanitar Fənlər Təmayüllü Məktəb-liseyinə ayrılan vəsaitlərin proqnozlaşdırılması və icrasına dair auditlərin nəticələri üzrə Rəy və Hesabatlar müzakirə olunaraq təsdiqlənib. Nəzarət tədbirlərinin nəticələri barədə Milli Məclisinə məlumatların təqdim edilməsi qərara alınıb.
Kollegiya iclasında, həmçinin, dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşundan Beyləqan rayon İcra Hakimiyyətinə ayrılan vəsaitlərdən istifadəyə dair Audit proqramı da təsdiq edilib.

Modern.az  
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı