Modern.az

Trampdan üçüncü dünya müharibəsi XƏBƏRDARLIĞI

Trampdan üçüncü dünya müharibəsi XƏBƏRDARLIĞI

Aktual

13 Mart 2022, 10:22

“Vəziyyət o qədər ciddiləşir ki, Ukrayna ətrafındakı vəziyyət Üçüncü Dünya Müharibəsinə səbəb ola bilər”.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu sözləri ABŞ-ın keçmiş prezidenti Donald Tramp deyib.

 

Keçmiş prezident düşünür ki, Rusiya öz məqsədlərinə çatana qədər dayanmayacaq:

 

“ABŞ-ın hazırkı administrasiyasında Rusiya rəhbərliyi, xüsusən də Prezident Vladimir Putinlə danışıq aparacaq heç kim yoxdur. ABŞ Putinə iki şeyi başa salmalıdır. Yəni Rusiya prezidentinin  yalnız iki seçimi var - dərhal sülh danışıqlarına başlamaq və ya Qərbin Rusiya enerjisindən asılılığının aradan qaldırılması da daxil olmaqla, ildırım sürətli nəticələlərlə üzləşmək”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı