Modern.az

Vilyam Hacıyevin həbs qoyulan 5 milyonluq əmlakı - SİYAHI

Vilyam Hacıyevin həbs qoyulan 5 milyonluq əmlakı - SİYAHI

Aktual

5 Aprel 2022, 18:20

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilmiş İmişli Rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyevin və ailə üzvlərinin 5 milyon manatlıq əmlakları üzərinə həbs qoyulub.

 

Modern.az APA-ya istinadən istintaq orqanı tərəfindən həbs qoyulmuş sözügedən əmlakların siyahısını təqdim edir:

 

Bakı şəhərində yerləşən mənzil;

 

Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 4 fərqli mənzil;

 

Sabunçu rayonu, Nardaran qəsəbəsində bağ evi;

 

Vilyam Hacıyevin oğlu Məhəmməd Hacıyevin adına rəsmiləşdirilmiş "Rance Rover" markalı avtomobil və ailəsinə məxsus daha 3 avtomobil.

 

Xatırladaq ki, sabiq icra başçısının cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırma davam etdirilir. O, Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya isriaf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) 313-cü (vəzifə saxtakarlığı) və 228-ci (qanunsuz silah saxlama) maddələri ilə ittiham olunur.

 

Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə əmlakların dövlət müfinə müsadirə edilib-edilməməsinə qərar veriləcək.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı