Ukraynada yaşayan azərbaycanlı Məmmədov Fuad Fərhad oğlu Donetsk vilayətində gedən döyüşlərdə həlak olub.
Modern.az xəbər verir ki, bu barədə onun yaxınları məlumat yayıb.
Məlumata görə, soydaşımız Konstantinovka şəhəri uğrunda döyüşlərdə həyatını itirib. F.Məmmədovla vida mərasimi Kiyev şəhərindəki məsciddə keçirilib.