Finlandiyanın bu gün NATO-ya üzv olmaq niyyətini rəsmən elan edəcəyi gözlənilir.
Modern.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi diplomatlara və rəsmilərə istinadən məlumat yayıb.
NATO müttəfiqləri Finlandiya və İsveçin tez bir zamanda alyansa qoşulmasını gözləyirlər ki, bu da bir il davam edən ratifikasiya dövründə şimali regionda hərbi mövcudluğun artmasına yol açır.