Rəsmi Kiyev mühasirədə olan Mariupol şəhərindəki “Azovstal” zavodunun ərazisini tərk edib təslim olduğu deyilən ukraynalı əsgərlərlə bağlı xəbərləri təkzib edib.
Modern.az xəbər verir ki, rəsmi Kiyev 10 nəfərlik qrupun “Azovstal”ın ərazisindən ağ bayraqla çıxdığı barədə Rusiya KİV-lərinin yaydığı xəbəri dezinmormasiya adlandırıb.
“Mayın 16-da səhər saatlarından Kremlin nəzarətində olan Rusiya mediası Mariupolda “Azovstal” ərazisini müdafiə edən təslim olmuş ukraynalı əsgərlər barədə saxta məlumat yaymağa başlayıb.
Müvafiq "xəbərlər" artıq REN TV, Ura.ru, Tsarqrad və digər resurslarda peyda olub. Söhbət zavodu “ağ bayraq”la tərk edən 10 nəfərlik “birinci qrup”dan ibarətdir.
Rusiya mətbuatının istinad etdiyi xəbərin mənbəyi isə “Vostok” batalyonunun komandiri Aleksandr Xodakovskidir”.
Ukrayna tərəfi bəyan edib ki, mayın 16-17-də və ya daha sonra Mariupolda rus işğalçıları əsir düşmüş ukraynalı hərbçilərin və ruslar tərəfindən oğurlanmış mülki şəxslərin iştirakı ilə genişmiqyaslı təxribat aksiyaları hazırlayır.