Ermənistan vətəndaşlarının quru sərhədindən Rusiyaya girişinə qoyulan məhdudiyyətlər aradan qaldırılıb.
Modern.az xəbər verir ki, bu barədə Rusiyanın Baş naziri Mixail Mişustin erməni həmkarı Nikol Paşinyanla görüşdə bildirib.
O bu qərarın turizm və iqtisadi əlaqələrin inkişafına töhfə verəcəyini qeyd edib.
“Hökumətin qərarına əsasən, Ermənistan vətəndaşlarının Rusiya ərazisinə quru yolu ilə daxil olmasına dair bütün məhdudiyyətlər aradan qaldırılıb”, - deyə Mişustin vurğulayıb.