Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) sabiq prezidenti, fizika-riyaziyyat elmləri doktoru, professor, Əməkdar elm xadimi, akademik Eldar Salayev II Fəxri xiyabanda dəfn olunacaq.
Bu barədə Modern.az-a AMEA-dan məlumat verilib.
Dəfndən əvvəl mərhumla vida mərasimi keçiriləcək. Mərasimdə AMEA rəhbərliyi, elm və təhsil xadimləri, ictimaiyyət nümayəndələri iştirak edəcək.
Qeyd edək ki, E.Salayev ötən gün 88 yaşında dünyasını dəyişib.