Modern.az

Ankaranın məşhur binası Azərbaycan bayrağına büründü

Ankaranın məşhur binası Azərbaycan bayrağına büründü

Aktual

14 Sentyabr 2022, 23:12

Ankara şəhərində yerləşən məşhur əkiz qüllələr Azərbaycan və Türkiyə bayraqlarının rəngləri ilə işıqlandırılıb.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı tviter hesabında məlumat yayıb.

 

“An etibarilə Ankara. Azərbaycan yalnız deyil, Türkiyə hər zaman Azərbaycanın yanındadır. Biz tək millət iki dövlətik”, - diplomat yazıb.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı