Modern.az

Cahit Bağçı məcburi köçkün uşaqları sevindirdi – FOTO

Cahit Bağçı məcburi köçkün uşaqları sevindirdi – FOTO

Aktual

26 Sentyabr 2022, 17:56

Türkiyənin Azərbaycandakı səfiri Tərtərə səfər edib. Səfər çərçivəsində Cahit Bağçı Türkiyə səfirliyinin və Qızıl Aypara Cəmiyyətinin birgə dəstəyi ilə məcburi köçkün ailələrinin övladları üçün quraşdırılan müxtəlif əyləncə qurğularının açılışı mərasimində iştirak edib.

 

Modern.az xəbər verir ki, səfir bu barədə “Twitter” hesabında məlumat paylaşıb.

 

“Qarabağın ermənilər tərəfindən işğalı nəticəsində minlərlə şəhid verib öz doğma yurdlarından didərgin düşərək Tərtərdə, Ağdamda, Füzulidə yaşayan bacı-qardaşlarımızın övladları üçün 16 kənd məktəbində müxtəlif oyun qurğularını quraşdırıb onları sevindirdik. Qayıdışda da sizin yanınızda olacağıq”, - səfir Cahit Bağçı qeyd edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı