Modern.az

Günün havası - Yenə yağış, külək...

Günün havası - Yenə yağış, külək...

Aktual

19 Oktyabr 2022, 07:50

Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz arabir güclənən cənub küləyi ilə əvəz olunacaq.

 

Milli Hidrometeorologiya Xidmətindən Modern.az-a bildirilib ki, havanın temperaturu gecə müsbət 13-15°, gündüz 18-22°, Bakıda gecə 13-15°, gündüz 20-22° olacaq. Atmosfer təzyiqi normadan yüksək 772 mm civə sütunundan 762 mm civə sütununa enəcək. Nisbi rütubət 65-75 % olacaq.

 

Azərbaycanın rayonlarında oktyabrın 18-dən 19-na keçən gecə bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Səhər tədricən kəsiləcək, gündüz əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.

 

Havanın temperaturu gecə müsbət 13-17°, gündüz 20-25°, dağlarda gecə 3-6°, gündüz 7-12° olacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı