Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.
Modern.az AMB-yə istinadən xəbər verir ki, hərracda tələb 37,3 mln. ABŞ dolları olub və tam təmin edilib.
Beləliklə, sonuncu valyuta hərracında tələb əvvəlki hərracla (25 oktyabr 2022-ci il tarixində keçirilib – red.) müqayisədə 44,6% və ya 30,1 mln. ABŞ dolları azalıb.
Qeyd edək ki, ötən hərracda bankların dollar tələbi 67,4 mln. ABŞ dolları təşkil etmişdi.