Modern.az

Bakıdan Minskə reyslər açılır

Bakıdan Minskə reyslər açılır

Güncel

12 Sentyabr 2023, 18:07

Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) Bakıdan Belarusun paytaxtı Minskə müntəzəm reyslər açır.

 

Modern.az AZAL-ın yaydığı məlumata istinadən xəbər verir ki, Bakı-Minsk-Bakı marşrutu üzrə ilk reysin cari il oktyabrın 1-də həyata keçirilməsi planlaşdırılır. Aviaşirkət həftədə 4 dəfə uçuşlar həyata keçirəcək.

 

Bu reyslərin uçuş cədvəli ilə şirkətin rəsmi internet saytından www.azal.az tanış olmaq olar. Aviabiletləri həmçinin mobil əlavədə və aviaşirkətin akkreditə olunmuş agentliklərindən əldə etmək mümkündür.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı