Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ermənipərəst senator Bob Menendezə cavab verib.
Modern.az xəbər verir ki, bu barədə o, Nyu-Yorkda ABŞ-nin televiziya kanalına açıqlamasında danışıb.
“Bob Menendez Türkiyəni, deyəsən, heç Rəcəb Tayyib Ərdoğanı da tanımır”, - Ərdoğan qeyd edib.
O bildirib ki, Yunanıstan ilə Türkiyənin qədim bir dostluğu var:
"Menendez, deyəsən, Türkiyəyə qarşı düşmən münasibət bəsləyir və bizi onun seçdiyi konkret müzakirə arealına çəkməyə çalışır. Amma biz bunun bir parçası olmayacağıq. Yunanıstanla dostluğumuz onların düşündüyü kimi deyil”.