Modern.az

Azərbaycanlı milyarder dünyanın ən böyük yaxta şirkətini satın aldı

Azərbaycanlı milyarder dünyanın ən böyük yaxta şirkətini satın aldı

Current

15 May 2015, 12:07

Azərbaycan əsilli Rusiya biznesmeni, “Lukoyl” neft şirkətinin prezidenti Vahid Ələkbərov gəmiqayırma sahəsinə maraq göstərir. Modern.az saytı Rusiya mətbuatına istinadən xəbər verir ki, iş adamı Hollandiyanın “Heesen Yachts” gəmiqayırma şirkətini satın alıb. Sürətli okean yaxtaları düzəldən “Heesen Yachts”  dünyanın 5 ən böyük gəmiqayırma şirkətlərindən sayılır.

1978-ci ildə Hollandiyanın Oss limanında əsas qoyulan “Heesen Yachts” adətən kütləvi istehsalla deyil, yalnız fərdi sifarişlər əsasında yaxtalar hazırlayır. Həmin yaxtaların əsas özəlliyi onların aliminiumdan hazırlanmalarıdır. Bu onlara möhkəmlik və suda sürətlə hərəkət etmək üstünlüyü verir.

Ekspertlər “Hessen Yachts”ın götürdüyü sifarişlərdə yaxtanın uzunluğunun ən azı 30 metr olduğunu və gəminin içinin individual dizaynla tərtib edildiyini söyləyirlər. 



Şirkətin müştəriləri arasında Küveyt şeyxi, Bruney sultanı, hindistanlı maqnatlar və rusiyalı milyarderlər var. “Heesen Yachts”ın hazırladığı 50 metrlik “Galactica” yaxtası isə elə Vahid Ələkbərovun özünə məxsusdur.

Yalnız zəngin müştərilər üçün təkrarsız yaxtalar hazırlayan “Heesen Yachts” Vahid Ələkərov tərəfindən Virciniya adalarında qeydiyaytdan keçmiş və sahibinin adı açıqlanmayan “Vela fund” fondundan alınıb, lakin sövdələşmənin maliyyə tərəfi açıqlanmır.

Xatırladaq ki, “Forbes” jurnalının 2014-cü ilin ən zəngin rusiyalı iş adamları ilə bağlı açıqladığı reytinq siyahısında Vahid Ələkbərov 12,2 milyard dollar şəxsi kapitalla 6-cı sırada qərarlaşıb.

Vüqar İsmayılov

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı