Modern.az

“Milli Məclis Qarabağ məsələsinin müzakirəsini üzərinə götürmək istəmir”

 “Milli Məclis Qarabağ məsələsinin müzakirəsini üzərinə götürmək istəmir”

Aktual

21 Noyabr 2015, 15:05

Uzun müddətdir Milli Məclisdə Qarabağ məsələsi müzakirə edilmir. Böyük Quruluş Partiyasının başqanı, deputat Fazil Mustafa Modern.az saytına deyib ki, bu, indi də mümkün deyil:

“Praktika göstərir ki, nədənsə Milli Məclisdə Qarabağla bağlı müzakirələrin aparılmasını öz üzərinə götürmək istəmirlər. Hesab edirəm ki, ən azı qapalı iclaslarda müzakirələrin aparılması vacibdir.

Biz dəfələrlə Qarabağla bağlı məsələnin vacibliyini nəzərə alaraq Milli Məclisdə müzakirə aparılmasını istəmişik. Amma reaksiya verilməyib”.

Onun fikrincə, bunun əsas səbəbi problemə ancaq məmurların öhdəsində olan məsələ kimi yanaşılmasıdır:

“Ümid edək ki, məsələ növbəti dəfə qaldırılanda reaksiya veriləcək”.

Qeyd edək ki, 2001-ci il fevralın 23-24-də  Milli Məclisin Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ  münaqişəsinin  sülh  yolu ilə həlli  prosesinə  aid məsələyə həsr edilən iclası keçirilib.

İclasda mərhum prezident Heydər Əliyev Dağlıq Qarabağ problemi ilə əlaqədar baş verən prosesləri şərh edərkən haqlı olaraq qeyd edirdi ki, əgər müstəqilliyin ilk illərində bütün Azərbaycan xalqını hiddətləndirən, vahid sarsılmaz bir qüvvə kimi  meydanlara toplayan milli qürur, milli oyanış hisslərindən lazımi şəkildə istifadə olunsaydı, vəziyyət bu dərəcədə mürəkkəbləşməzdi.

Prezidentin iştirakı ilə  keçirilən bu iclasa ölkədə  fəaliyyət  göstərən  siyasi partiyaların, qeyri-hökumət  təşkilatlarının, habelə ziyalıların, bütövlükdə geniş ictimaiyyətin  nümayəndələri  dəvət  olunmuşdular. 

Gülşən RAUFQIZI

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı