Modern.az

Rusiya Tacikistanla hava əlaqəsini dayandırır

Rusiya Tacikistanla hava əlaqəsini dayandırır

Dünya

21 Dekabr 2016, 23:13

Rusiyanın Nəqliyyat Nazirliyi Tacikistana bu ölkə ilə hava əlaqəsinin kəsilməsi ilə bağlı xəbərdarlıq edib. Modern.az saytı Rusiya mediasına istinadən xəbər verir ki, bu gecə saat 00:00-da Rusiya ilə Tacikistan arasında təyyarələrin uçuşlarına qadağa qoyula bilər.

 

Buna səbəb Tacikistan tərəfinin “Yamal” aviaşirkətinin təyyarələrinə Moskvadakı yeni “Jukovski” hava limanından Xucand şəhərinə reyslərə icazə verməməsidir.

 

 

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı