Modern.az

TQDK Türkiyə ali məktəblərinə qəbul imtahanlarından kənarlaşdırılıb

TQDK Türkiyə ali məktəblərinə qəbul imtahanlarından kənarlaşdırılıb

Ölkə

31 Mart 2011, 14:44

Bu il Azərbaycanda Türkiyə ali məktəblərinə tələbə qəbulu imtahanlarını Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası (TQDK) keçirməyəcək. Bu barədə Modern.az saytına TQDK-nın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə  məlumat verib. TQDK rəsmisi bildirib ki, Türkiyə ali məktəblərinə sənəd qəbulu bir aya yaxındır ki, başlayıb və ərizələrin qəbulu aprelin 8-ə kimi Bakı Anadolu Liseyində aparılır.
Bəs qəbul imtahanlarını niyə TQDK keçirməyəcək?

TQDK rəsmisi E.Nağızadə bildirib ki, bu ildən Azərbaycanda Türkiyə ali məktəblərinə dövlət xətti ilə tələbə qəbulu imtahanlarını Türkiyənin Öyrənci Seçmə və Yerləşdirmə Mərkəzi (ÖSYM) keçirəcək.
E.Nağızadə deyib ki, sənəd qəbulu internetlə aparılır. TQDK bunun üçün öz saytında keçid linki www.osym.gov.tr yerləşdirib.

Qəbul imtahanları ÖSYM nümayəndələri tərəfindən aprelin 24-də Bakıda keçiriləcək.

E.Nağızadə deyib ki, imtahanlar kompüter vasitəsilə keçiriləcək.
“Öyrənci Seçmə və Yerləşdirmə Mərkəzi tərəfindən Türkiyə dövlət ali təhsil müəssisələrində dövlət hesabına digər Türkdilli ölkələrdən olan gənclərə kvota ayrılır. Bu kvota Azərbaycanla yanaşı Qazaxıstan, Qırğızıstan və s. Türkdilli ölkələr üçün də nəzərdə tutulub. Ayrılan kvota üzrə imtahanın keçirilməsini, cavabların oxumasını və nəticələrin elan olunmasını ÖSYM həyata keçirir. Biz indiyədək TQDK olaraq həmin quruma yalnız təşkilati dəstək verirdik. Bu ildən təşkilati işləri də həmin qurum özü həyata keçirir”.
E.Nağızadə deyib ki, Öyrənci Seçmə və Yerləşdirmə Mərkəzi imtahanlarla bağlı təşkilati işləri təkcə Azərbaycanda deyil, digər Türkdilli ölkələrdə də özü həyata keçirir.

Mail Ağaxanov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı