Modern.az

Dənizkənarı bulvarda yeniliklər...

Dənizkənarı bulvarda yeniliklər...

Ölkə

12 May 2011, 10:48

Yaz-yay möcsümünün başlanması ilə əlaqədar Bakının Dənizkənarı Bulvarında (Milli Park) suni qiymət artımının baş verməməsi üçün nəzarət güçləndirilib. Əhalinin daha çox tələbatı olan xidmət sahələrində - çayxanalarda, su və dondurma satışında bahalaşmanın qarşısnı alınır. Bu barədə Modern.az saytına  Dənizkənarı Bulvar İdərəsinin rəis müavini Nazim Məcidov məlumat verib. Qiymətlərin bazar iqtisadiyyatına uyğun tənzimləndiyini deyən rəis müavini bildirib ki, təklif olunan qiymətlər yazılaraq Milli parkdakı restoranların, kafelərin və köşklərin qarşına vurulub.
“Orada süni qiymət artımı yaratmaq mümkün deyil. Çünki alıçı gözü ilə görür ki, qiymətlər necədir. Qiymətlər olan yerdə də bizim “qaynar xətt”in nömrələri yazılıb, kimisə aldatsalar, kiminsə qiymətlə bağlı narazılığı varsa, “qaynar xətt”ə müraciət edə bilər”- deyə N.Məcidov vurğulayıb.   

N.Məcidov eyni zamanda bildirib ki, Milli Parkda əvvəllər olduğu kimi bu il də yeniliklər var və bu istiqamətdə işlər davam etdiriləcək.
“Yeniliklərimizdən biri ondan ibarətdir ki, ailəvi volesipedlər təklif olunur. Eyvi vaxtda  4-6 nəfər bu velosipedlə gəzintiyə çıxa bilər”.

İnsanların rahat istirahəti üçün hər bir şəraitin yaradıldığını söyləyən N.Məcidov bildirib ki, bu Milli Parkda yeni monitor quraşdırılıb. Monitorda gün ərzində bulvara aid xəbərlər, burada fəaliyyət göstərən atraksionların, karusellərin, kafelərin müxtəlif məkanların yerləşdiyi istiqamətlər göstərilir, eyni zamanda müxtəlif maraqlı filmlər, canlı yayınlar olur. N.Məcidovun sözlərinə görə, bu monitorda Bulvar İdarəsinin “qaynar xətt”inin telefon nömrələri də öz əksini tapıb.

Yeniliklərin davamlı olacağını qeyd edən N.Məcidovun sözlərinə görə, İtaliyadan, Almaniyadan, Fransadan və digər inkişaf etmiş Avropa ölkələrindən Milli Parka yeni atraksionlar gətiriləcək.  “Nəzərdə tulub ki, yeni atraksionlar gətirilsin. Konkret vaxtını deyə bilmərəm nə vaxt olacaq. Amma bu işlər davam edəcək”.

Sədaqət SÜLEYMANOVA

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı