Modern.az

AŞ PA-da biabırçılq olub

AŞ PA-da biabırçılq olub

Country

7 Oktyabr 2011, 10:54


Avropa Şurası Parlament Assambleyasının 32 deputatı Azərbaycanın işğal altında olan ərazilərində yaradılmış separatçı qurumun - “Dağlıq Qarabağ Respublikası”nın müstəqil dövlət kimi tanınması ilə bağlı birgə bəyanatla çıxış ediblər.

APA-nın məlumatına görə, sənədi imzalayan deputatlar Avropa Şurasına üzv dövlətləri “Dağlıq Qarabağ Respublikasının qanuni seçilmiş hakimiyyəti” ilə sıx əməkdaşlığa çağırıblar. AŞPA-da yayılan sənəddə bildirilir ki, “Dağlıq Qarabağ Respublikası” da Azərbaycan, Ermənistan və Gürcüstanla eyni vaxtda müstəqilliyini bəyan etsə də, hələ də Avropa Şurasına üzv qəbul olunmayıb. Sənədi AŞPA-da təmsil olunan aşağıdakı deputatlar imzalayıb:

1. Zarui Postandjyan (Ermənistan)

2. Deniel Bekeleyn (Belçika)

3. Denis Barde (Fransa)

4. Qaqik Bağdasaryan (Ermənistan)

5. Cerard Duerda (Andorra)

6. Loren Betey (Fransa)

7. Marivon Blondin (Fransa)

8. Roland Blum (Fransa)

9. İtalo Boçino (İtaliya)

10. Jorj Kolombye (Fransa)

11. Jozef Fazlon (Malta)

12. Bernar Furnye (Fransa)

13. Hans Franken (Hollandiya)

14. David Arutyunyan (Ermənistan)

15. Norbert Xopert (Lüksemburq)

16. Teo Messen (İsveçrə)

17. Kristin Marin (Fransa)

18. Müriel Marland-Militelo (Fransa)

19. Meritksel Matio (Andorra)

20. Edqar Mayer (Avstriya)

21. Alan Mil (Böyük Britaniya)

22. Armen Melikyan (Ermənistan)

23. Ermine Naqdalyan (Ermənistan)

24. Yakob Preseçnik (Sloveniya)

25. Qabino Puçe Rodriqes-Akosta

26. Fransua Roşbluan (Fransa)

27. Rene Ruket (Fransa)

28. Armen Rustamyan (Ermənistan)

29. Fatihə Səidi (Belçika)

30. Draqan Todoroviç (Serbiya)

31. Naira Zöhrabyan (Ermənistan)

32. Karl Donaboyer (Avstriya)

Qeyd edək ki, sənədə imza atanların 10 nəfəri Fransadan olan deputatlardır. Onların sırasında AŞPA Monitorinq Komitəsinin Ermənistan üzrə həmməruzəçisi Jorj Kolombye də var.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı