Modern.az

Ziyalı onda ziyalı olur ki….

Ziyalı onda ziyalı olur ki….

Ölkə

28 Aprel 2015, 09:53

Bəzən həyatda elə olur ki, bir nəfər insan övladıynan beş dəqiqə söhbət etməmiş, söhbəti yarımçıq qoyub qaçmaq istəyirsən. Bəzən də əksinə, hər gün onunla görüşmək arzusuyla yaşayıb, daim həmsöhbətindən müsbət enerji almaq istəyirsən.  Həmsöhbətim tez-tez görüşmək arzusunda olmaq istədiklərimdəndir. Sadəcə tək Qarabağın deyil, həm də Azərbaycanımızın vizit kartıdır. Bütün həyat  və fəaliyyətiylə ölkəsinə şərəf gətirənlərdəndir. Ağdamın teatr mədəniyyəti haqqında danışmaq niyyətində olsam da söhbətdə çox mətləblərə toxunduq...

Dünyanın bu günkü gərdişindən şikayətlənirəm. Gileylənirəm ki, bu gün bir adama ürək qızdırıb söz danışmaq olmur. Dərdləşməyə belə adam tapa bilmirsən.  Üzünü  çevirməmiş danışdığın məqamları çox ustalıqla “stenoqramdan” çıxarılşla deyil, məhz “yeni oranjemanda” sahibinə çatdırır.

İnsanların hansısa mənafe naminə kimisə “dərhal baqaja ” qoymaq istəmələrini, özünü sadə insan kimi göstərib, ancaq daldada min oyundan çıxmalarını  qəbul edə, sinirə bilmədyimi deyirəm. Təəsüf ki, yüz il əvvəldə də belələrinin olduğunu deyirəm. Bəs bu qədər çətinliklərlə qarşılaşdığımız bir vaxtda kiməsə “torba tikib”  sıradan çıxarmaqla nə qazanırıq görəsən?...

Emosional “çıxışıma” həmsöhbətim halını dəyişmədən  gözləmədyim cavabı verir:

- Vüqar, əzizim, mən bu söhbətləri hər gün eşidirəm. Ola bilsin cavabım sizi qane etməsin. Dediyiniz  adamlar olub və olacaq. Sadəcə o tip insanların faiz dərəcəsi bir qədər artıb. Hafız Baxış deyirdi ki,”yaxşı ki, dünyada yaxşı var imiş, yoxsa tərg olardıq yaman əlindən.” Bu gün  Üzeyir bəyin, Xudu müəllimin, Famil müəllimin, akademik İbrahim İbrahimov və Lətif İamnovların yerişin kim yeriyə bilir. Onların hər biri yüzlərlə, minlərlə, hətta milyonlarla insana gölgə salırdı. Guya onlara qara yaxmaq istəyində olanlar o dövrdə olmayıb. Olub sözsüzki...

Söhbətimiz bu mövzuda davam edir. Həmsöhbətim isə AMEA-nın müxbir üzvü, professor Rafiq Əliyevdir.


- İnsanı şəxsiyyat edən onun nəfsidir. Bütün məsələlərin kökündə nəfs dayanır. Nə qədər savadlı adam, yaradıcı insan olsan, elmi dərəcən olsa və ya hər hansı yüksək vəzifə sahibi olsan şəxsiyyət onda olursan ki, nəfsinə hakim kəsilə bilirsən. Bu halda həm də şəxisyyət kimi yaddaşlarda qalırsan. Bütün səhv addımlarına rəğmən, insan özünü necə təqdim etməsinə baxmayaraq və ya onun hansı formada təqdim edilməsinə baxmayaraq, istənilən halda nəfsinə hakim olanlar məhz yaddaşlarda qalır, xatırlanır...

Bu fikirlərlə yüzdəyüz razılaşmaya bilmirəm. Nə qədər ad-san  və təltiflər olsa da insana onun quruca adı bəs edir...

Söhbət  yenə Ağdama, Qarabağa yönəlir. Yenə söhbət Xudu müəllimin, Famil müəllmin üzərində dayanır. Bu keyfiyyətdə olanların sayının bütün xalqlarda az olması, cəmi iki faiz olması  vurğulanır. Dahi Üzeyir bəyi yetişdirən Qarabağ  Xudu müəllimi də yetişdirmişdi, Famil müəllimi,  akademik Lətif İmanovu, akademik İbrahim İbrahimovu yetişdirmişdi. Sanki hər sahənin öz  Üzeyir bəyi var idi.

Maraqlıdı ki, represiya illəri belə Üzeyir bəyi sındıra bilmədi. Əksinə onlarca tanıdığı və tanımadığı insanları represiya məngənəsindən xilas edə bilmişdi. Xudu müəllimin özü dünyaca tanınmış alim idi. Ağdamda səksəninci illərdə görülən işlərin bir çoxu demək olar ki, onun təklifi və tövsiyyəsi ilə həyata keçirilirdi. Həmdə bu məqamda onun fikirlərini dərhal başa düşən qonşusu Sadıq Murtuzayevin rayona rəhbərlik etməsi təklif və ideyanın gerçəkləşməsinə   sanki bir təkan verirdi. Onların bir-birilərini işarələrlə başa düşmələri sonda şəhərin probleminin azalmasına, onun inkişafına səbəb olurdu. Bu məqamda Xudu müəllimlə bağlı həmsöhbətim maraqlı bir məqama toxunur:

- Rəhmətlik dayım Məmməd Əmirovun Ağdam teatrının formalaşmasında xüsusi rolu   olmuşdu. Uzun illər teatrın direktoru vəzifəsində çalışmış, həm də teatrın aparıcı aktyorlarndan idi. İndi də onun  Ağa Məhəmməd şah  Qacar obrazı yadıma düşəndə fikirləşirəm ki, nəyə görə, belə potensiala məxsus bir insan Ağdamdan kənara çıxmadı. Bəlkə də torpağa, öz yurduna bağlılığı ona öz yerindən çıxmağa imkan vermədi.

Müharibə illərində, Ağdam Dram Teatrı Maksim Qorki küçəsinin baş tərəfində olan  binada fəaliyyət göstərirdi. O ərazidə Bank binası, mətbəə, məhkəmə və prokurorluq binası var idi. Əllinci illərdə  mədəniyyət evi istifadəyə verildikdən sonra teatr yeni binaya köçdü və orada Ağdam Müəllimlər Evi fəaliyyət göstərdi. Köhnə binada iki yüznəfərlik zal var idi.

Məmməd Əmirov “Qacar” obrazını nətər oynayırdısa adamı dəhşət bürüyürdü. Mimikaları, jestləri gözlərinin hərəkəti indidə yadımdadı.  O binada göstərilən ”Solğun çiçəklər” tamaşasına baxmışam.  Hətta yadımdadı ki, onun da öz yazdığı iki pyesi səhnələşdirilmişdi. Həyat yoldaşı Simuzər Hətəmova teatrn aktirsası idi. Onun “Leyli və Məcnun”da  Leyli rolunda görmüşəm. Təsəvvür edin ki, teatra  bilet tapmaq müşkül məsələydi. İki gün qalmış biletlər satılıb qurtarırdı. İnsanlarda sanki teatra bir həvəs var idi, sevgi var idi.  Tar müəllimim Qədir Rüstəmovun qardaşı Nadir Rüstəmovun dərnəyinə yazıldığımdan tez-tez  Müəllimlər evinə hazırlığa gedirdim...

O illərdən yadımda qalan bir məqam da Xudu müəllimin  rəssamlığı ilə bağlıydı. Deyim ki, Xudu müəllimin rəssamlığa böyük marağı var idi. Müharibədən sonrakı illərdə teatrda göstərilən bir çox tamaşalara eskizləri çəkmişdi. Az vaxtda əməkdaşlıq etdiyi teatr kollektivinin yaddaşında  Xudu müəllim dərin izlər buraxdı.

Xudu müəllim həqiqətən nadir bir insan idi.  Mərzilidə inşa etdiyi evinin layihəsini də özü çox ustalıqla çəkmişdi. Sadə üslubda inşa edilən mənzilin həyəti  başdan-başa güllərlə bəzəmişdi. Bu gün Ağdamın simvoluna çevrilən “Çay evi”də Xudu müəllimin ideyasıydı. Aramızdan çox tez getsə də təmiz ad qoydu. Bu gün tək  mərzililər deyil, bütün ölkə vətəndaşları ürəklə onun adını çəkirlər. Ziyalıya bundan artıq qiymət ola bilməz...

Ziyalı onda ziyalı olur ki, onun deməyə sözü olsun. Proseslərə obyektiv qiymət vermək bacarığı olsun...


Söhbətimiz ziyalı sözündən, bu  sözün kəsərindən, qiymətindən düşür. Rafiq müəllim bu məqamda bir faktı danışır:

- 1987-ci ilin iyun ayı idi.  Elmlər Akademiyasının illik yığıncağı idi. O illərdə Azərbaycan KP MK-nın birinci katibi Kamran Bağırov da iclasda iştirak edirdi.  Yığıncaqda maraqlıydı ki, əvvəllər respublikanın rəhbəri olmuş, əsil ziyalı İmam Mustafayevin şəxsi işi qaldırıldı. Birinci cərgədə İmam Mustafayev, Mirzə İbrahimov və digər nəhənglər oturmuşdu. K.Bağırov çıxışında İmam Mustafayev haqqında kəskin danışdı. Bu məqamda  akademik İbrahim İbrahimov çəliyini yerə vura-vura ayağa qalxıb tribunaya tərəf gəldi. Kamran Bağırova yaxınlaşdı.

- “Siz özünüzə hesabat verirsinizmi  ki, hardasınız.  Elmlər Akademiyası özünü idarəedən bir təşkilatdır. İmam Mustafayev kimi şəxsiyyətlər bu millətə lazımlıdır”, - deyib tribunadan düşdü. Bununla da bu məsələ bağlandı...

İbrahim İbrahimov Qarabağın yetişdirməsiydi. O da çox tanınmış alim idi. Ökəmizdə riayziyyat sahəsində ilk elmlər namizədi olmuşdu. Rəhmətlik  Anar Məmmədxanovun babası idi. SSRİ Elmlər Akademiyası prezidenti, akademik Keldışla birgə işləmişdi. SSRİ miqyasında sayılan alimlərdən idi.

Sözümü ona gətirirəm ki, ziyalı sözü hər zaman qiymətli olub. Və hər zamanda dəyərləndirilib. Və hər zaman ziyalı sözünə ehtiyac da olub...

Bir saatdan artıq çəkən söhbət yekunlaşır. Bu dəfədə söhbət  maraqlı  alınmışdı. Belə ziyalısı olan xalq düşünürəm ki, yalnız  inkişafda olmalıdır. Necə ki, o inkişaf bu gün hiss edilməkdədir...

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı