Modern.az

Yanukoviçə Rusiya vətəndaşlığı verilib

Yanukoviçə Rusiya vətəndaşlığı verilib

Təhsil

27 Aprel 2016, 17:12


“Transparency İnternational” təşkilatı Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviç və baş nazir Nikolay Azarovun Rusiya vətəndaşlığı alması barədə məlumat yayıb.

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, “Maskaları cırırıq” layihəsi çərçivəsində baş tutan araşdırmaya görə, hər iki siyasətçi dövlət mühafizəsi altındadır.

“Yanukoviç və Azarovun Rusiya vətəndaşlığını aldığı sübut edən çoxlu faktlar var. Onlar indi dövlətin mühafizəsi altındadılar”.

Ukrayna Baş Prokurorluğu beynəlxalq axtarışa verdiyi sabiq prezident Viktor Yanukoviç və baş nazir Nikolay Azarovun Rusiyadan ekstradisiya olunmasını tələb edir.

Vüqar İsmayılov 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı