Modern.az

Bakıda 2 avtobus toqquşdu – ölən var

Bakıda 2  avtobus toqquşdu – ölən var

Təhsil

10 Sentyabr 2013, 20:02

Fövqəladə Hallar Nazirliyinin (FHN) yaydığı məlumata görə, Bakı şəhəri, Səbail rayonunda "Ford" markalı mikroavtobus və "Daewoo" markalı avtobus toqquşub.

Nəticədə hər iki nəqliyyat vasitəsi deformasiyaya uğrayıb. Dərhal hadisə yerinə FHN-in müvafiq xilasetmə qüvvələri cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, "Ford" markalı mikroavtobusun sürücüsü aldığı ağır bədən xəsarətindən hadisə yerindəcə vəfat edib.

Xilasedicilər deformasiyaya uğramış mikroavtobusdan 1986-cı il təvəllüdlü Əhmədov Turan Qabil oğlunun cəsədini təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə çıxararaq aidiyyətı üzrə təhvil veriblər.

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı