Modern.az

ABŞ səfirliyi İlqar Məmmədovla Tofiq Yaqubluya görə BƏYANAT verdi

ABŞ səfirliyi İlqar Məmmədovla Tofiq Yaqubluya görə BƏYANAT verdi

Education

17 Mart 2014, 23:11

ABŞ-ın Azərbaycandakı səfirliyi REAL hərəkatının sədri İlqar Məmmədovun və Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublunun 23-24 yanvar 2013-cü ildə İsmayıllıda iğtişaşlara təhrik etməkdə şübhəli ittihamlarla uzun müddət azadlıqdan məhrum edilməsi ilə barədə 17 mart tarixli məhkəmə qərarından dərin məyusluq hissi keçirir.
Modern.az saytının məlumatına görə, bu barədə ABŞ səfirliyinin yaydığı bəyanatda bildirilib.

”Biz məhkəmə prosesindən əvvəl və məhkəmə prosesi ərzində Azərbaycan hökumətinin müxtəlif nümayəndələrinə açıq və ədalətli məhkəmə prosesinin keçirilməsinə ümid etdiyimizi bildirmişdik. Azərbaycan hökumətinin ABŞ və digər beynəlxalq müşahidəçilərə məhkəmə prosesini müşahidə etməyə icazə verməsini bəyənməklə yanaşı, digər müşahidəçilər və biz şahid ifadələrində və məhkəmə prosesində ciddi pozuntular müşahidə etmişik. Müşahidələrimiz belə bir qənaətə gəlməyə əsas verir ki, məhkəmənin qərarı sübutlara əsaslanmayıb və siyasi xarakter daşıyır”-deyə səfirlik bəyan edib.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı