Bu gecə Çempionlar Liqasının 1/4 final mərhələsinə yekun vurulub.
Modern.az saytı xəbər verir ki, son oyun günündə daha iki qarşılaşma baş tutub. "Land of fire Azerbaijan" formalı "Atletiko" digər İspaniya təmçilçisi "Barselona"nı qəbul edib. Komanalar arasında ilk oyunda 1:1 hesablı bərabərlik qeydə alındığından komandaların mərhələni adlamaq şansları bərabər hesab olunurdu. Matçın 5-ci dəqiqəsində hesabı açan Madrid təmsilçisi bu üstünlüyünü sonadək qoruyub və yarımfinala yüksəlib - 1:0.
9 aprel
Çempionlar Liqası, 1/4 finalın cavab oyunları
23:45. "Atletiko" (Madrid, İspaniya) - "Barselona" (İspaniya) (İlk oyun - 1:1) - 1:0
Qol: Koke, 5 (1:0)
23:45. "Bavariya" (Almaniya) - "Mançester Yunayted" (İngiltərə) (İlk oyun - 1:1) - 3:1
Qollar: Evra, 57 (0:1), Mandzukiç, 59 (1:1), Müller, 68 (2:1), Robben, 76 (3:1)
Modern.az