Türkiyənin bir neçə iri şəhərlərində elektrik enerjisinin kəsilməsi həyatı iflic edib.
Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, İstanbul, Ankara, İzmir, Antalya, Kocaeli, Samsun, Diyarbakır, Bursa, Samsun və digər şəhərlərdə elektrik enerjisinin verilişi dayanıb.
Buna görə metroların, tramvayların hərəkətləri dayanıb.
Hazırda Türkiyə əhalisinin məsələnin nədən qaynaqlandığını bilmək istədiyi və panika içərisində olduğu qeyd olunur. Türkiyənin Enerji Nazirliyi isə bəyan edib ki, son 15 ildə ölkədə belə hadisə yaşanmayıb.
Modern.az