Modern.az

Şəhid atası özünü niyə bıçaqladı? - Hadisədən bir gün əvvəl...

Şəhid atası özünü niyə bıçaqladı? - Hadisədən bir gün əvvəl...

Hadisə

11 Yanvar 2023, 15:06

Xəbər verdiyimiz kimi, Lənkəranda şəhid atası özünü bıçaqlayıb. Hadisə rayonun Gəgiran kəndində qeydə alınıb.

 

Məlumata görə, kənd sakini, 1977-ci il təvəllüdlü Şakir Qəni oğlu Əhədov şəhərin Həzi Aslanov küçəsində bıçaqla özünə xəsarət yetirib. Yaralı mərkəzi rayon xəstəxanasına çatdırılıb və əməliyyat olunub.

 

Hadisə ilə bağlı Modern.az-a danışan Ş.Əhədovun qardaşı Şəmşir Əhədov bildirib ki, hadisənin nə üçün baş verdiyindən xəbərsizdirlər.

 

“Ötən gün şəhidimiz Baloğlan Əhədlinin medalını gətirib təqdim etdilər. İcra hakimiyyətindən, hərbi komissarlıqdan əməkdaşlar gəlmişdilər. Hər hansı bir problem yox idi. Hamılıqla ev-muzeyində olduq. Qardaşımın ailəsində hər hansı problem yox idi. Bir özüdür, bir də yoldaşı. İndiyədək nədəndə şikayətini, problemini eşitməmişəm. Özünü bıçaqlamasının səbəbini dəqiq bilmirəm", - şəhidin əmisi deyib.

 

Ş.Əhədovun sözlərinə görə, hazırda qardaşının sağlığı durumu qənaətbəxşdir. Onu yaxın vaxtlarda evə aparmağı düşünürlər.

 

Qeyd edək ki, Şakir Əhədovun oğlu Baloğlan Əhədli Vətən müharibəsində Şuşa uğrunda gedən döyüşlərdə şəhid olub. O, Prezident İlham Əliyevin sərəncamlarına əsasən, ölümündən sonra "Vətən uğrunda",  "Qubadlının azad olunmasına görə", "İgidliyə görə", "Füzulinin azad olunmasına görə" və "Şuşanın azad olunmasına görə" medalları, "Vətənə xidmətə görə" ordenilə təltif olunub. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok