Modern.az

Gəncədə maşın işıq dirəyinə çırpıldı - 1 ölü, 2 yaralı

Gəncədə maşın işıq dirəyinə çırpıldı - 1 ölü, 2 yaralı

Hadisə

5 Avqust 2023, 09:42

Gəncədə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Modern.az xəbər verir ki, hadisə şəhərin Atatürk prospektində qeydə alınıb.

 

"Toyota" markalı minik avtomobili idarəetmədən çıxaraq yolun kənarındakı işıq dirəyinə çırpılıb.

 

Qəza nəticəsində 34 yaşlı Emil Abdullayev ölüb, iki nəfər isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan dağıdıcı hücum: Rusiyada dəhşət yaşanır