Modern.az

Sumqayıtdakı qəzada yaralananların SON DURUMU 

Sumqayıtdakı qəzada yaralananların SON DURUMU 

Hadisə

12 İyul 2024, 19:40

Bakı-Quba yolunun Sumqayıt şəhərinin Hacı Zeynalabdin Tağıyev qəsəbəsinin ərazisindən keçən hissəsində avtomobil qəzası baş verib. Qəsəbəyə sərnişin daşıyan 3 nömrəli marşrut avtobusu TIR-la toqquşub, 11 nəfər yaralanıb. Yaralılar xəstəxanaya çatdırılıblar. Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsində araşdırma aparılır.

 

Modern.az-ın məlumatına görə, Sumqayıt Tibb Mərkəzindən bildirilib ki, Hacı Zeynalabdin Tağıyev-Sumqayıt avtomobil yolunda baş verən qəza ilə bağlı Sumqayıt Tibb Mərkəzinin Təcili Yardım Xəstəxanasına 12 nəfər (7-si kişi , 5-i qadın) yerləşdirilib.

 

Onlardan 1 nəfərin vəziyyəti ağır, digərlərinin vəziyyəti isə orta ağır qiymətləndirilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri