Modern.az

Qazaxda 41 yaşlı kişi bıçaqlanıb

Qazaxda 41 yaşlı kişi bıçaqlanıb

15 İyul 2024, 09:12

Qazaxda 41 yaşlı kişi bıçaqlanıb.

 

Modern.az xəbər verir ki, hadisə N.Nərimanov küçəsi 1 ünvanda yerləşən “Qazax Mal Bazarı" adlanan heyvan bazarında baş verib.

 

1982-ci il təvəllüdlü Qədiməliyev Namaz Razim oğlu şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı qəsdən bıçaqla 1981-ci il təvəllüdlü Nəbiyev Adil Nəbi oğlunu vurub və sonuncunun sağlamlığına ağır zərər yetirib.

 

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Qədiməliyev Namaz Razim oğlu Ağstafa rayonu Vurğun qəsəbəsində saxlanılaraq istintaqa təhvil verilib.

 

Fakt araşdırılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TÜRK DEVLETLERİ ülkeleri arası VİZESİZ dolaşım ne zaman?