Modern.az

İti öldürən şəxs cəzalandırıldı 

İti öldürən şəxs cəzalandırıldı 

Hadisə

18 İyul 2024, 18:59

Sumqayıt şəhərində sahibsiz itin ölldürülməsi barədə sosial şəbəkədə paylaşılan görüntülər Sumqayıt şəhər Polis İdarəsinin 4-cü polis bölməsinin əməkdaşları tərəfindən araşdırılıb.

 

Modern.az xəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidməti məlumat yayıb.

 

Bildirilib ki, iti öldürən şəxsin Sumqayıt şəhər sakini Yavər Hüseynov olduğu müəyyən edilib.

 

Faktla bağlı Y.Hüseynov barəsində inzibati protokol tərtib olunub.

 

Xidmət rəsmisi Asif Məcidov bildirib ki, protokol Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin Sumqayıt regional ekologiya idarəsinə təqdim olunub. A.Məcidov deyib ki, qanun pozucusu Y.Hüseynov barəsində cərimə qərarı çıxarılaraq o qanunamüvafiq qaydada cərimə edilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB