Modern.az

Ağadadaş Ağayev kimi baltalayıb? - DİN TƏSDİQLƏDİ

Ağadadaş Ağayev kimi baltalayıb? - DİN TƏSDİQLƏDİ

23 İyul 2024, 11:06

Xalq artisti Ağadadaş Ağayev və tanışı arasında əlbəyaxa dava olub.

Modern.az xəbər verir ki, hadisə Binəqədi rayonu ərazisində qeydə alınıb.

Məlumata görə, A.Ağayev tanışı ilə söyüş üstündə dava edib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"un sorğusuna cavab olaraq faktı təsdiqləyiblər.

Nazirlikdən bildirilib ki, hazırda faktla bağlı Binəqədi rayon Polis Şöbəsində araşdırma aparılır.

***

Xalq artisti Ağadadaş Ağayevlə bağlı xəbər yayılıb.

Modern.az xəbər verir ki, News24.az-ın məlumatına görə, müğənni aralarında yaranmış mübahisə zamanı tanışına balta ilə xəsarət yetirib. Hadisə Binəqədi rayonu ərazisində baş verib. 

Yaralanan şəxsin vəziyyətinin ağır olduğu bildirilir. 

Məsələ ilə bağlı A.Ağayevin özü ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimiz cavabsız qaldı. 

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) isə Modern.az-a deyiblər ki, KİV-də yayılan xəbərlə bağlı hazırda araşdırma aparılır, bu barədə açıqlama veriləcək.

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri