Modern.az

Yasamalda yük avtomobili yandı - VİDEO

Yasamalda yük avtomobili yandı - VİDEO

Hadisə

13 Avqust 2024, 16:38

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Yasamal rayonu, D.Bünyadzadə küçəsində yük avtomobilində yanğın baş verməsi barədə məlumat daxil olub.

 

Modern.az FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri hadisə yerinə cəlb olunub.

 
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində “FORD TRANSİT” markalı yük avtomobilinin kabin hissəsində baş vermiş yanğın digər hissələrinə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

 

Avtomobilin böyük hissəsi yanğından mühafizə olunub.

 

 

Sizə yeni x var
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB