Modern.az

Cüdoçumuz Qran-Pridə gümüş medal qazanıb

Cüdoçumuz Qran-Pridə gümüş medal qazanıb

2 İyun 2023, 16:45

Azərbaycan cüdoçusu Turan Bayramov Tacikistanın paytaxtı Düşənbədə start götürən Qran Pri turnirində final görüşünə çıxıb.

 

Modern.az-ın məlumatına görə, 60 kq çəki dərəcəsində yer alan idmançı qızıl medal uğrunda qarşılaşmada neytral statusda güləşən Ramazan Abdullayevlə üz-üzə gəlib. Rəqibinə ipponla uduzan Bayramov ikinci yerlə kifayətlənib.

 

Yarışın ilk günündə Azərbaycan millisinin ümumilikdə 7 üzvü tatami üzərinə çıxıb. Kişilərdən Turan Bayramovla yanaşı, Yaşar Nəcəfov (66 kq) da finala yüksəlib. Qadınlardan isə Leyla Əliyeva (48) bürünc, Gültac Məmmədəliyeva (52 kq) isə qızıl medal görüşünə vəsiqə qazanıb.

 

Yeri gəlmişkən, Əliyeva uduzaraq yarışı medalsız başa vurub. Rövşən Əliyev (60 kq), Ruslan Paşayev (66 kq) və Könül Əliyeva (48 kq) isə turnirlə daha erkən vidalaşıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı